Komanda bu gün sonuncu oyununa çıxır
Yanvarın 8-dən Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" artıq hazırlıqlarını tamamlamaq üzrədi.
Sportal.az xəbər verir ki, Zaqatala klubu bu gün Bakı vaxtı ilə saat 19:00-da sonuncu yoldaşlıq görüşünə çıxacaq. Zaqatala təmsilçisinin rəqibi isə "Xrvatski Draqovolyac" klubu olacaq. Georgi Çixradzenin yetirmələri ötən gün iki məşqə çıxıb. Səhər hazırlığında əsasən taktiki ağırlıqlı təmrinlər olsa da, axşam çalışmaları isinmə və "kvadrat"dan sonra ikitərəfli oyunla tamamlanıb. Yalnız zədəsi tam sağalmayan İlkin Qırtımov komandadan ayrı məşq edib.
Qeyd edək ki, "Simurq" vətənə yanvarın 26-da yola düşəcək. Bir günlük istirahətdən sonra "Neftçi"ylə oyunun hazırlıqlarını Bakıda davam etdirəcək.
saytlarin hazirlanmasi