Çeran yenə fərqləndi
	 
	Yanvarın 8-dən Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" hazırlıqlarını tamamlayıb.
	 
	Sportal.az xəbər verir ki, komanda sonuncu yoldaşlıq görüşünə çıxıb.
	 
	Zaqatala təmsilçisinin rəqibi isə Xorvatiyanın "Xrvatski Draqovolyac" klubu olub. Görüş "Simurq"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
	 
	Qeyd edək ki, "Simurq" toplanış çərçivəsində Çinin "Şanxay Şenhua" (0:0)Almaniyanın "Felbert" (1:0) və Tanzaniyanın "Yanq Afrikans" (2:2) klubları ilə sınaq matçı keçirib.
	 
	25 yanvar
	19:00. "Simurq" - "Xrvatski Draqovolyac"  2:0
	Qollar: Çeran, 20, Novruzov, 77
                      
saytlarin hazirlanmasi