"Simurq" hazırlıqlarını davam etdirir
Premyer Liqanın XIX turunda "Nefçi"nin qonağı olacaq "Simurq" hazırlıqları davam etdirir.
Sportal.az xəbər verir ki, bu gün növbəti məşqinə çıxan komanda qaçış və isinmə hərəkətlərindən sonra topla çalışmalara başlayıb.
Əsasən qısa ötürmələrdən ibarət tapşırıqları yerinə yetirən Georgi Çixradzenin yetirmələri, hazırlığın sonunda ikitərəfli oyunla məşqi tamamlayıb. Zədəli İlkin Qırtımov və Raul Kostin hələ də komanda ilə məşqlərə başlamayıb. Onlar həkim nəzarətində çalışmaları davam etdirirlər.
Qeyd edək ki, "Neftçi"-"Simurq" oyunu fevralın 2-də, saat 15:30-da "Bakcell Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi