Daha bir həmyerlimiz Türkiyə klubunda

00:45 - 2 Fevral 2014

Nəbiyev "Tavşanlı Linyitspor"da
 
Azərbaycanlı futbolçu İlqar Nəbiyevin yeni klubu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki,Qırğızıstan milli komandasına da dəvət alan futbolçu PTT birinci liqa klubu “Tavşanlı Linyitspor”la 6 aylıq müqavilə imzalayıb.
 
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvləri Andrey Popoviç və Usim Nduka qış fasiləsinə qədər məhz bu klubda çıxış ediblər.

Xəbər xətti