Millimizin futbolçusu qol vurdu, komandası qrupda qaldı

00:26 - 7 Fevral 2014

Cihan Özkara komandasına kömək edə bilmədi
 
Millimizin futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" bu gün Türkiyə kubokunda növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, A qrupunda mübarizə aparan klub 5-ci oyunda öz evində "Bursaspor"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Sözügedən oyunda Sivas təmsilçisində yeganə qolu 71-ci dəqiqədə C.Özkara vurub. Həmyerlimiz görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.
 
Qeyd edək ki, bu nəticədən sonra 3 xalla qrupda sonuncu pillədə olan "Sivasspor" yarımfinala çıxmaq şanslarını itirib.

Xəbər xətti