"Heç-heçə ədalətli nəticə olardı"
“Nəticəyə görə məğlub tərəfik, lakin oyuna baxdıqda heç-heçə ədalətli nəticə olardı. İlk hissədə səhvimizdən qapımızda qol gördük."
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı" məğlubiyyətdən sonra "Simurq"un baş məşqçisi Georgi Çıxradze deyib. Çıxradze azarkeşlərin istefa şüarlarına da fikir bildirib:
"İkinci hissədə hücumları artırdıq, qol epizodları yaratdıq. Lakin lazım olan qolları vura bilmədik. Matçdan sonra azarkeşlərin istefa şüarlarına hörmətlə yanaşıram Ancaq bu məsələlər belə həll olunmur. İstefa yalnız klub rəhbirliyi ilə mənim aramda olan məsələdir"
saytlarin hazirlanmasi