Növbəti sınaq Danimarkanın "Kopenhagen" klubudur
	 
	Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib.  
	 
	Sportal.az klubun rəsmi saytına istinadən  xəbər verir ki, "qırmızı-qaralar" birinci matçda  İsveçrənin "Dietikon" (U-16) kollektivi ilə qarşılaşıb. 
	 
	Görüşün gedişində 1:3 hesabilə geriyə düşən "Qəbələ" yekunda matçı heç-heçə ilə bitirməyi bacarıb - 4:4. "Qırmızı-qaralar"ın heyətində İlkin Abdullayev, Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib.  
	 
	"Qəbələ" növbəti sınaq oyununda fevralın 14-də Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək. Toplanış çərçivəsində son matç fevralın 17-də baş tutacaq. "Qəbələ" Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.
	 
	Xatırladaq ki, U-15 komandasının Antalya toplanışı AFFA-nın dəstəyi ilə təşkil olunub. Buna səbəb "Qəbələ"nin ötən il sözügedən yaş qrupunda çempion olmasıdır.
                      
saytlarin hazirlanmasi