"Rubin" "Dnepr"lə bacarmadı
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” İspaniya toplanışı çərçivəsində keçirilən “Diamonds Cup” turnirində üçüncü oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Rusiya klubu bu dəfə Ukraynanın "Dnepr" komandası ilə qarşılaşıb.
Kazan şəhərini təmsil edən həmyerlimizin komandası rəqibini 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Abışov bu oyunda da iştirak etməyib. Özü də maraqlıdı ki, futbolçumuz ehtiyatda qalan yeganə futbolçu olub, digər komanda yoldaşlarının isə hamısı oynamaq şansı qazanıb.
Xatırladaq ki, “Rubin” ilk oyunda Bolqarıstanın “Lyubimets” komandasını (3:0), ardından Rumıniyanın ÇFR (Kluj) klubunu (2:1) məğlub etmişdi. Ruslan həmin qarşılaşmalarda da forma şansı qazanmamışdı.
saytlarin hazirlanmasi