İspaniya kuboku: "Barselona" finalda "Real"ın rəqibi oldu

04:13 - 13 Fevral 2014

Kataloniya təmsilçisi səfərdə də məğlub olmadı
 
İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə "Real Sosyedad" və "Barselona" komandaları üz-üzə gəlib.
 
İlk görüşdə səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real Sosyedad" klubu doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. Bu oyunda rəqibi ilə 1:1 bərabərə qalan "Barselona" finala yüksəlib.
 
Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcək.

Xəbər xətti