Georgi Çixradze: "Kapsa son iki oyunda səhvlər etdi"
“Premyer Liqanın ikinci hissəsinə pis başladıq, ardıcıl üç oyundur ki, uduzuruq. Özümüzə bəraət qazandıracaq heç nə deyə bilmərəm. Amma məğlub olduğumuz oyunlarda qol buraxana kimi pis oynamırdıq. “Bakı” ilə oyunda buraxdığımız yeganə səhv qapımıza qolla nəticələndi. Çətin vəziyyətdəyik, bundan çıxmaq lazımdır. Oyuna görə məğlub olmalı deyildik."
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"ə məğlub olan "Simurq"un baş məşqçisi Georgi Çixradze deyib. Çixradze məğlubiyyətə belə şərh verib:
“İnter”lə hər bir oyunumuzda söz-söhbət ortaya çıxır. İlk yarıdakı iki oyunu Bakıda oynamışıq. Birində qalib gəlmişik, digərində heç-heçə etmişik. Bu gün isə məğlub olduq. Heyətlə bağlı onu deyə bilərəm ki, Osiakonun çox ciddi ailə problemi var, ona ölkəsinə getməyə icazə vermişik. Qırtımov vərəqə limitinə görə oyunu buraxırdı. Anderson son oyunda zədələndi, Kapsa son iki oyunda səhvlər etdi. Nəyisə dəyişmək lazım idi. Qapıda Amilə şans verdim, özünü pis tərəfdən göstərmədi. Polyakdan daha çoxunu gözləyirəm. O bu gün ehtiyatda idi, Kalonasa isə şans verdim. Komanda ona kömək edə bilsəydi Kalonas hücumda daha effektiv ola bilərdi. Bir vuruşu ilə qapıya qol vura bilər. Çeranın da oyundan öncəsi zədəsi var idi, oyunun gedişində məcburi dəyişikli etdik”.
saytlarin hazirlanmasi