Kalonas yeni klubunda debüt etdi

00:22 - 15 Fevral 2014

Litvalı futbolçu "Simurq"da ilk oyununa çıxdı
 
Litva milli komandasının üzvü, ölkəsində ötən ilin ən yaxşı futbolçusu seçilmiş Mindauqas Kalonas Azərbaycanda 3-cü klubda rəsmən debüt edib.
 
Sportal.az xəbər verir ki, ilk olaraq “Rəvan”da oynamış və burada sərgilədiyi oyunla rəğbət qazanmış Kalonas “Bakı”ya transfer olunmuşdu. 30 yaşlı yarımmüdafiəçi “Bakı”nın bombardiri olsa da, baş məşqçi Milinko Pantiç onun gedişi ilə bağlı qərar verdi.
 
 
“Bakı”dan ayrıldıqdan sonra “Simurq”a keçən Kalonas artıq bu komandanın heyətində debüt edib. Belə ki, Kalonas dünən “İnter”ə qarşı keçirilən qarşılaşmada start heyətində meydançaya çıxıb.

Xəbər xətti