"Barsa"ya şad xəbər: Neymar qayıdır

00:47 - 15 Fevral 2014

Futbolçu zədəsini sağaldıb
 
"Barselona”nın məşqçilər korpusu şad xəbər alıblar.
 
Sportal.az xəbər verir ki, komandanın braziliyalı hücumçusu Neymarın vəziyyəti tam yaxşılaşıb. Həkimlər braziliyalının “Rayo Valyekano” ilə çempionat oyununda iştirak edə biləcəyini deyiblər. Xatırladaq ki, Neymar yanvar ayında "Xetafe" ilə matçda dabanından zədələnmişdi. Bir müddət öncə məşqlərə başlayan “sambaçı” artıq özünü tam hazır hesab edir.
 
Qeyd edək ki, “Barselona” – “Rayo Valyekano” matçı bu gün saat 23:00-da başlayacaq.

Xəbər xətti