Əyalət təmsilçisi vətənə qayıdır
	 
	Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq prosesini yekunlaşdırıb.
	 
	Sportal.az xəbər verir ki, toplanış çərçivəsində son - üçüncü matçda Hüseynqulu Quliyevin yetirmələri Şotlandiyanın U-15 millisi ilə qarşılaşıb.
	 
	Maraqlı mübarizə şəraitində keçən oyun şotlandların 7:4 hesablı qələbəsi ilə bitib. "Qəbələ" matçın gedişində 4:2 hesabilə önə keçsə də, üstünlüyünü sonadək qoruya bilməyib. "Qəbələ"nin heyətində Fərid Nəbiyev (2) və Murad Qayalı (2) fərqlənib. 
	 
	Xatırladaq ki, "Qəbələ" ilk matçda İsveçrənin "Dietikon" (4:4), ikinci matçda isə  Danimarkanın HB Koge (3:0) kollektivi ilə qarşılaşıb. 
                      
saytlarin hazirlanmasi