Millimizin futbolçusu 1 dəqiqə oynadı

00:44 - 18 Fevral 2014

Cihan Özkaranın komandası səfərdən bir xalla qayıtdı
 
Dünən Türkiyədə Superliqanın 21-ci tur oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Eskişehirspor”la qarşılaşıb və 2:2 hesablı heç-heçə oynayıb.
 
Komandanın baş məşqçisi Roberto Karlos yüngül zədəsi olan Özkaranı 90-cı dəqiqədə meydana buraxıb.
 
Hazırda “Sivaspor” 36 xalla yarış cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti