Bakılıların meydanında 9 qol vuran qonaqlar 20 top buraxıb
Premyer Liqanın XXII turunu səfərdə keçirəcək “Qəbələ” ardıcıl iki ev oyunundan sonra AZAL-ın qonağı olacaq.
Sportal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsümün ilk iki dövrəsində rəqibinə xal verməyən Yuri Syominin yetirmələri ardıcıl 3-cü qələbə üçün Bakıda meydana çıxacaq.
“Qara-qırmızılar” üçün bu görüş “təyyarəçilər”ə qarşı 21-ci oyun olacaq. Belə ki, “Qəbələ” ilə AZAL 16 dəfə Premyer Liqada, 4 dəfə kubokda görüşüblər. Bakılılar əvvəlki qarşılaşmalarda üstünlüyə malikdir. Paytaxt təmsilçisinin hesabında 8 qələbə var. 6 dəfə meydanı qalib kimi tərk edən "Qəbələ" klubu tarazlıq yaratmaq üçün mövsümün son iki dövrəsində də rəqibinə xal verməməlidir. Digər 6 oyunda bərabərlik qeydə alınıb. Top fərqində də üstünlük paytaxt futbolçularının tərəfindədir – 28:16.
11-ci dəfə AZAL-ın qonağı olacaq “Qəbələ” səfərdə 3 qələbə qazanıb. Bundan başqa, bir dəfə də 1 xalla rəqib meydanından ayrılan "qırmızı-qaralar" 6 dəfə uduzub. Bakılıların meydanında 9 qol vuran qonaqlar 20 top buraxıb.
AZAL-la oyunlarda “Qəbələ”nin heyətində ən çox fərqlənən Kənan Kərimovdur. Onun hesabında 3 qol var. Kristian Torreslə Fərxad Hatəmi isə 2 qolun müəllifidir. Baş tutan matçlardakı yeganə avtoqol AZAL-da oynamış Alves dos Santosun hesabındadır.
saytlarin hazirlanmasi