Subotiç bombardirlər siyahısına başçılıq edir
AZAL- “Qəbələ” matçında (1:2) "qırmızı-qaralar"ın ilk qoluna imza atan Daniel Subotiç klub tarixində yeni rekord müəyyənləşdirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serb hücumçu mövsümdə 10-cu qolunu vurmaqla Premyer Liqada “Qəbələ”nin bir çempionatda ən çox fərqlənən futbolçusu olub.
Bunadək rekord 9 qola bərabər idi. 2010/11 mövsümündə Deon Barton, növbəti çempionatda isə Yannik Kamanan və Dodo yarışı 9 qolla tamamlamışdı. Bu 3 futbolçunun rekordunu ötən tur təkrarlayan Daniel artıq mütləq rekordçu adına yiyələndi. O, hazırda 10 qolla çempionatın bombardirlər siyahısına da başçılıq edir.
saytlarin hazirlanmasi