Fransa "Olimpik"i Qəbələyə gəlir

13:17 - 21 Fevral 2014

III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub
 
29 may - 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya) və "Liverpul"un (İngiltərə) ardından Fransanın "Olimpik" (Marsel) klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 5-nin adı dəqiqləşib.
 
Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə və Fransa təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.

Xəbər xətti