"Azərbaycan millisinə yeni dəvət gözləmirəm"

14:43 - 21 Fevral 2014

Levin: "Gənclər varsa, mənə ehtiyac olmayacağını düşünürəm"
 
“Azərbaycan millisinə yeni dəvət gözləmirəm”.
 
Sportal.az xəbər verir ki, bunu Lent.az-a “Qəbələ” klubunun futbolçusu Volodimir Levin deyib.
 
30 yaşlı müdafiəçinin fikrincə, yığmamızın baş məşqçisi Berti Foqts növbəti seçmə mərhələlərdə gənc futbolçuları sınaqdan çıxaracaq: “Biz 2014-cü il dünya çempionatının seçmə mərhələsini başa vurmuşuq. Qarşıdan yeni tsikl gəlir. Məncə, Foqts yeni tsikldə gənc nəslə şans verəcək. Gənclər varsa, mənə ehtiyac olmayacağını düşünürəm”.
 
Bununla belə, Levin millimizdə özünü ən yaxşı tərəfdən göstərməyə hazır olduğunu açıqlayıb: “Mən beynəlxalq karyeramı başa vurmamışam. Yenidən şans verilsə, can-başla oynamağa hazıram. Amma reallığı da nəzərə almaq lazımdır”.
 
Qeyd edək ki, Qeyd edək ki, Volodimir Levin 2006-cı ildən Azərbaycan millisində çıxış edir. O, yığmamızda 28 oyun keçirib. Levin sonuncu dəfə millimizin heyətində ötən il oktyabrın 15-də Rusiyaya qarşı 90 dəqiqə çıxış edib.  

Xəbər xətti