"Simurq" paytaxta yollanır

00:54 - 22 Fevral 2014

Komanda bu gün son məşqinə çıxacaq
 
Premyer Liqanın 23-cü turunda "Qarabağ"ın qonağı olacaq "Simurq" bu oyuna hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisi bu gün Bakıya gələcək.
 
Komanda baş məşqçi Georgi Çixradzenin başçılığı altında Tofiq Bəhramov adına Respublika Stadionunda son məşqinə çıxacaq. Gürcü mütəxəssis Qurban Qurbanovun yetirmələrinə qarşı oyunda Usim Ndukanın xidmətindən yararlana bilməyəcək. Buna səbəb isə Usimin zədəli olmasıdı. O, hazırda müalicəsini davam etdirir.
 
Qeyd edək ki, "Qarabağ" - "Simurq" qarşılaşması fevralın 23-də keçiriləcək və saat 17:00-da başlayacaq.

Xəbər xətti