"Simurq" "Qarabağ"la duelə hazırdır

00:28 - 23 Fevral 2014

Komanda son məşqinə çıxıb
 
Azərbaycan Premyer Liqasının XXIII turunda "Simurq", bu gün "Qarabağ"ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, bu səbəbdən paytaxtda gələn Zaqatala təmsilçisi, dünən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxıb. Bir saata yaxın davam edən hazırlıq prosesində məşqçilər korpusu yetirmələrini çox yormayıb. İsinmə hərəkətlərindən sonra toplu çalışmalara başlanılıb. Üç qrupa bölünərək "kvadrat" oynadıqdan sonra ikitərəfli oyun və cinahlardan asmaların qapanması ilə hazırlıq tamamlanıb. 
 
Saat 17:00-da start götürəcək qarşılaşma "Simurq TV" vasitəsilə klubun rəsmi saytından canlı yayımlanacaq. 

Xəbər xətti