"Qəbələ" iki itki ilə yola düşür

22:08 - 26 Fevral 2014

Komanda şimal derbisinə hazırdır
 
Premyer Liqanın XXIV turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq "Qəbələ" bu gün doğma məkanda oyun öncəsi son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, məşqdən öncə klubun vitse-prezidenti Fariz Nəcəfov komandanın futbolçu, məşqçi və texniki heyətini Xocalı Soyqırımı barədə ətraflı məlumatlandırıb, onlara bu günün Azərbaycan xalqının həyatında tutduğu önəmli yerdən bəhs edib.
 
Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Rafael Santos və Omar Kalabane yer almayıb. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.
 
"Qırmızı-qaralar" sabah səhər saatlarında Qəbələni tərk edəcək. Komandanın matçöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Zaqatala şəhər stadionunda sabah baş tutacaq.
 
Xatırladaq ki, "Qəbələ" "Simurq"la fevralın 28-i 15:00-da üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Xəbər xətti