Yuri Syomin: "Simurq” evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur"
“Bütün oyunlar gərgin keçir, heç-heçəni ədalətli nəticə sayıram. Oyun ərzində 1-2 real qol imkanımız oldu".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. Syomin rəqibi tərifləyib:
"Futbolçular var gücü ilə oynadılar, buna görə minnətdaram. Lakin bəzi epizodlarda keyfiyyətli son vuruşu vurmaq alınmadı, xüsusən də Mendi və Leonardoda. Bu gün 1 xal qazandıq. “Simurq” evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur”.
saytlarin hazirlanmasi