"Qəbələ" "Neftçi" ilə oyuna 7 futbolçusundan məhrum hazırlaşır

17:31 - 4 Mart 2014

Komanda məşqləri bərpa etdi
 
"Simurq"la oyundan sonra 2 günlük istirahətə buraxılan "Qəbələ" klubu  dünəndən etibarən növbəti - XXV tur çərçivəsində "Neftçi" ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, Dieqo Koşta Silva, Rafael Santos və milli komandaların heyətində yer alan Kamran Ağayev, Elnur Allahverdiyev (hər ikisi Azərbaycanın əsas yığması), Ürfan Abbasov və Ruslan Tağızadə (hər ikisi Azərbaycanın U-21 yığması) qatılmayıb. 
 
Xatırladaq ki, "Qəbələ" - "Neftçi" qarşılaşması martın 9-da, Qəbələ Şəhər Stadionunda baş tutacaq. Saat 13:00-da start götürəcək matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Xəbər xətti