Erat Toğrul növbəti oyununa çıxdı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Toğrul Erat Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, onun komandası - Düsseldorf "Fortuna"sı səfərdə Drezden "Dinamo"sunun qonağı olub.
Erat bu görüşdə start heyətində meydana çıxıb və 90 dəqiqə komandasının uğuru üçün çalışıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, "Fortuna" 24-cü turdan sonra 32 xalla 9-cu pillədədi.
saytlarin hazirlanmasi