"Simurq"un zədəlilərindən şad xəbər

14:12 - 12 Mart 2014

Qurbanov və Çeran sıraya döndü
 
"Simurq" Premyer liqanın 26-cı turunda qarşılaşacaqları "Rəvan"la matçın hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisinin iki zədəlisi artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Belə ki, Nicat Qurbanov və Dreqan Çeran baş məşqçinin şans verəcəyi təqdirdə "Rəvan"la matçda meydanda olacaqlar.

Xəbər xətti