Syomin: "Nəticəni pis saymıram"

17:20 - 12 Mart 2014

"3 gündən bir oynasaq da, komanda pis oyun göstərmədi"

 

Bu gün ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ" doğma meydanda "Qarabağ"la qolsuz heç-heçəyə razılaşıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Yuri Syomin oyun haqqında bunları dilə gətirib:

 

“Azərbaycan futbolunun iki liderinə qarşı ardıcıl oyunlar keçirmək həm fiziki, həm də psixoloji cəhətdən çətindir. Kubokda hər mərhələ iki oyundan ibarət olduğu üçün nəticəni pis saymıram. 3 gündən bir oynasaq da, komanda pis oyun göstərmədi”.

Xəbər xətti