"Qəbələ" Bakıya üç itki ilə gəlir

13:17 - 14 Mart 2014

İki zədəli, bir cəzalı
 
Premyer liqanın 26-cı turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Qəbələ” bu oyuna itkilərlə çıxacaq.
 
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportal.az-a açıqlamasında komandadakı itkilər barədə məlumat verib. Nikola Valentiç sarı vərəqələr limitini aşdığına görə oyunda iştirak edə bilməyəcək.
 
Daha iki futbolçu zədəli olduğu üçün bu matçı buraxmalı olacaq. Bunlar Rafael Santos və Omar Kalabanedir.
 
Xatırladaq ki, “Bakı” - “Qəbələ” qarşılaşması martın 16-da baş tutacaq.

Xəbər xətti