"Anji" millimizin futbolçusunu transfer edə bilərmiş
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun "Rubin"dəki oyun həsrəti davam edir.
Sportal.az xəbər verir ki, Abışov "Betis"lə Avroliqa matçında meydana çıxması onun yanlış qərar verməsinə səbəb olub. Abışov "Anji"yə icarəyə keçə bilərmiş. Lakin Kazan klubunun sabiq baş məşqçisi Kurban Berdiyevin vaxtında meydana çıxa bilməyən futbolçumuzu komandaya başçılıq edən yeni çalışdırıcı Rinat Bilyaletdinov çaş-baş salıb. Onun İspaniyada "Betis"ə qarşı forma geyinməsi və bundan sonra əsas heyətdə möhkəmlənmək şanslarının yüksək olacağını düşünən Ruslan "Anji" variantından imtina edib. Lakin yeni baş məşqçinin "Rubin"də gəncləşdirmə siyasəti aparması müdafiəçimizin ümidlərini demək olar ki, püç edib. Artıq Bilyaletdinovun komandaya 11 gənc rus futbolçu gətirib.
Ruslanın yayda "Rubin"dən ayrılma ehtimalı yüksəkdi. Təbii ki, vəziyyət belə davam edərsə.
idmanxeber.com
saytlarin hazirlanmasi