Georgi Çixradze: "Daha çox qol vura bilərdik"

18:25 - 16 Mart 2014

"Azarkeşlər bizi sona kimi dəstəklədi"

 

“Yaxşı oyun oldu, çoxlu hücumlar təşkil etdik. Topa nəzarət edirdik, ilk hissədə iki qol vurduq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Simurq"un çalışdırıcısı Georgi Çixradze deyib. Çixradzə qələbəni belə şərh edib:

 

"Daha çox qol vura bilərdik, lakin qol imkanlarından faydalana bilmədik. Komanda tam gücü ilə oynadı. Azarkeşlər bizi sona kimi dəstəklədi”. 

Xəbər xətti