"Simurq" iki legionerini Lənkərana aparmadı

12:40 - 22 Mart 2014

Zaqatala təmsilçisində bir zədəli, bir cəzalı
 
Sabah Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Simurq" bu oyunda iki futbolçusunun xidmətindən məhrum olacaq.
 
Sportal.az xəbər verir ki, əyalət klubunda cəzalı oyunçusu Benjamin Lambot və zədəli Osiako Patrik "Fırtınalar meydanı"nda meydana çıxa bilməyəcəklər. 
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Simurq” oyunu sabah 16:00-da başlanacaq.

Xəbər xətti