"Simurq" Lənkəranda daha bir itki ilə üzləşdi

11:53 - 23 Mart 2014

Zaqatala təmsilçisində 4 itki
 
"Simurq" Premyer Liqanın XXVII turu çərivəsində bu gün “Xəzər Lənkəran”ın qonağı olacaq. 
 
Sportal.az xəbər verir ki, bir həftədi bu oyuna hazırlıqları davam etdirən Zaqatala təmsilçisi, qarşılaşmanın oynanılacağı Lənkəran şəhər stadionunda son məşqinə çıxıb. 
 
Bir saat davam edən hazırlıq prossesində məşqçilər heyəti yetirmələrini çox yormayıb. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra qruplara bölünərək “kvadrat” oynanılıb. Daha sonra ikitərəfli oyun və qapıya zərbələr yerinə yetirilib. Bundan sonra istirahətə çəkilən “sarı-qaralar” artıq qarşılaşmanın başlama vaxtını gözləyir.
 
Artıq iki gündü Lənkəranda olan Zaqatala təmsilçisi bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Sarı vərəqə limitini doldurduğundan fasilədən sonra baş məşqçi Georgi Çixradzenin daima əsas heyətdə yer verdiyi Benjamin Lambot bu görüşdə meydana çıxa bilməyəcək. Belçikalı futbolçu ilə yanaşı Usim Nduka və Patrik Osiakoda səfərə gətirilməyib. Hər iki futbolçunun ayağındakı köhnə zədələri tam sağalmadığından gürcü mütəxəssis onlardan yararlana bilməyəcək. Bundan başqa son məşq prossesində “Simurq” daha bir ciddi itkiylə üzləşib. Qış fasiləsində icarə əsasında heyətə qatılan Mindauqas Kalonasda pəncəsindən yüngül zədə alıb. Bu səbəbdən litvalı futbolçu “Xəzər Lənkəran”la görüşdə komandaya kömək etməyəcək.

Xəbər xətti