Eyyubov bu matçı buraxmalı olacaq
	 
	Premyer liqanın 28-ci turunda səfərdə "Bakı" ilə qarşılaşacaq "Simurq" ciddi itki ilə üzləşib.
	 
	Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, dünən "Xəzər Lənkəran"la matçda sarı vərəqə ilə cəzalandırılan Rəşad Eyyubov vərəqə limitinə tuş gəlib.
	 
	Qeyd edək ki, Eyyubov komandanın aparıcı üzvlərindən hesab edilir.
                      
saytlarin hazirlanmasi