Roberto Karlos millimizin üzvünə 90 dəqiqə şans verdi

00:36 - 24 Mart 2014

Özkaranın komandası 1 xala sevindi
 
Dünən Türkiyə Superliqasında 26-cı turun bir sıra oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Erciyespor”la qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb.
 
Özkara 90 dəqiqə meydanda mübarizə aparıb. Xatırladaq ki, Özkara ötən mövsümdə icarə əsasında “Erciyespor”da çıxış edib.
 
Hazırda “Sivasspor” 37 xalla yarış cədvəlində 6-cı sırada qərarlaşıb.

Xəbər xətti