Millimizin üzvü oynadı, komandası darmadağın oldu

00:35 - 27 Mart 2014

Erat da komandasına kömək edə bilmədi
 
Almaniyada İkinci Bundesliqanın 27-ci turunun bir sıra oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı səfərdə yarış cədvəlinin liderlərindən biri olan “Qroyter Fyurt” komandası ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub. Erat 90 dəqiqə meydanda mübarizə aparıb. Hazırda “Fortuna” 33 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti