1 cəzalı, 3 zədəli
	 
	Ötən tur səfərdə “Xəzər Lənkəran”ı məğlub edən “Simurq” hesabat turunda “Bakı” ilə üz-üzə gələcək. 
	 
	Sportal.az xəbər verir ki, oyundan öncə “Simurq”un heyətində 4 problem var. Belə ki, cəzalı Rəşad Eyyubovla yanaşı, 3 zədəli oyunçu da var. Bunlar Patrik Osiako, Usim Nduka və Mindauqas Kalonasdır.
	Kalonas “Bakı”ya qarşı oynamayacaq. Patrik və Usimin müalicəsi isə cümə günü bitəcək. Onların oynayıb-oynamayacağına baş məşqçi Georgi Çixradze son anda qərar verəcək.
                      
saytlarin hazirlanmasi