"Barselona" iki il transferə həsrət qalacaq

17:16 - 2 Aprel 2014

Dünya nəhəngi cəzalandırıldı
 
FİFA İspaniyanın "Barselona" klubunu və İspaniya Futbol Federasiyasını ciddi şəkildə cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, qurum "Barselona"nın 18 yaşdan aşağı futbolçu transferində qeyri-qanuni işlər çevirdiyini, sənədləşmələrdə saxtakarlıq etdiyini aşkarlayıb. 
 
Buna görə də, ali futbol qurumu komandaya 2 il müddətində heç bir transfer reallaşdırmağa icazə verilmir. "Barselona" 305 min, İspaniya FF  isə 340 min funt sterlinq cərimələnib. Belə olan halda, içərisində Arda Turanın da adı olan xeyli sayda ulduz futbolçuların "Barsa"ya keçidi iki il müddətində mümkün omayacaq.

Xəbər xətti