Yunisoğlu "Dənizlispor"dan ayrıldı

01:14 - 3 Aprel 2014

Futbolçu müqaviləsini ləğv edib
 
Türkiyənin "Dənizlispor" klubu azərbaycanlı futbolçu Saşa Yunisoğlu ilə yollarını ayırıb. 
 
Sportal.az xəbər verir ki, bu barədə aşağı liqa təmsilçisinin prezidenti Mehmet Özsoy klubun rəsmi saytına açıqlamsında məlumat verib.
 
"Saşa Yunisoğlu ilə sözləşməmizi qarşılıqlı olaraq ləğv etdik. Bu futbolçumuzun "Dənizlispor"a verdiyi əməyə görə ona çox təşəkkür edir, futbol həyatında uğurlar arzulayıram" - deyə o bildirib.
 

Xəbər xətti