"Simurq"da "Sumqayıt"la oyunöncəsi 1 itki

12:38 - 12 Aprel 2014

Benjamin Lambot ikihəfətlik sıradan çıxdı
 
Premyer Liqanın 30-cu turunda "Sumqayıt"ın qonağı olacaq "Simurq" bu oyuna hazırlığı tamamlayıb.
 
Sportal.az xəbər verir ki, son məşqini qarşılaşmanın keçiriləcəyi meydanda edən komanda bir saat davam edən çalışmaya isinmə hərəkətləri ilə başlayıb.
 
Daha sonra qruplara bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Cinahlardan asmalar və onların qapanması üzərində çalışıldıqdan sonra, hazırlıq qapıya zərbələrlə tamamlanıb. Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri qarşılaşmanın başlama saatını gözləyir.
 
Rəqiblərin yubiley qarşılaşmasına "Simurq" bir itki ilə çıxacaq. Belə ki, Zaqataladakı son məşqdə ayağından zədələnən Benjamin Lambot iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Belçikalı futbolçudan başqa, "sarı-qaralar"ın heyətində ciddi itki yoxdu.

Xəbər xətti