Kataloniya təmslçisi baş məşqçisiz qala bilər
“Barselona” mövsümün sonunda baş məşqçi Xerardo Martino ilə yollarını ayırmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, 51 yaşlı argentinalı mütəxəssisin gedişinə səbəb Katalon təmsilçisini uğursuz çıxış ola bilər. Çempionlar Liqasının ¼ final mərhələsində mübarizəni dayandıran “Barsa” ardınca İspaniya La Liqasında “Qranada”ya məğlub olub.
Kral kubokunun finalında talonların əzəli rəqibi “Real”a yenilməsi Martinonun baş məşqçi postundan gedişini bir qədər də tezləşdirdi. Çempionluğun əldən getmək təhlükəsini göz önünə alan klub rəhbərliyi Xerardo Martinoya son xəbərdarlıq mesajını gpndərib.
Argentinalı mütəxəssisin istefasının gündəmdə olduğunu görən Venesula Futbol Federasiyası ona təklif göndərib.
DÇ-2014-ün final mərhələsindən kənarda qalan venesuellilər yığma komandanı Martinoya tapşırmaq istəyirlər.
saytlarin hazirlanmasi