"Avroliqaya vəsiqə qazanmaq şansımız var"

20:37 - 20 Aprel 2014

Georgi Çixradze: “Bu gün qələbə bizə çox lazım idi"
 
"Simurq"un baş məşqçisi Georgi Çixradze "Qarabağ"a qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bildirib. Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu qələbə münasibəti ilə futbolçularını təbrik edib. O deyib ki,  komandasının avroliqaya vəsiqə qazanmaq şansı var:
 
“Bu gün qələbə bizə çox lazım idi. Çünki, psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq. Qələbəyə görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən avroliqaya vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.

Xəbər xətti