Vaytsman "Qəbələ" ilə matçda forma geyinə biləcək

18:47 - 22 Aprel 2014

Futbolçu cəzalı durumda deyil
 
Bu gün mətbuatda "Simurq"un müdafiəçisi İdan Vaytsmanın cəzalı durma düşməsi və "Qəbələ" ilə matçda forma geyinməyəcəyi bildirilirdi.
 
Sportal.az xəbər verir ki, futbolçu "Qəbələ" ilə matçda meydanda ola biləcək. Onun aktivində 4 sarı vərəqə olsa da, həmin vərəqələrdən ikisini eyni oyunda alıb qırmızı vərəqə ilə əvəzlənməsinə görə müdafiəçi həmin vərəqələrin cəzasını çəkib.  Qeyd edək ki, o, "Xəzər Lənkəran"la oyunda iki sarı vərəqə alaraq meydandan qovulmuşdu.

Xəbər xətti