Seydu Keyta: "Fiziki durumum bu yaşa qədər oynamağa imkan verir"
Qışda “Valensiya” komandası ilə müqavilə bağlayan Seydu Keyta karyerasını başa vurmaq fikrində deyil.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi hələ fiziki durumunun qaydasında olduğunu bildirib:
"Özümü tərifləmək fikrində deyiləm, ancaq indiki halda fiziki vəziyyətim yaxşıdır. Əgər belə gümrah qalsam, karyeramı 40 yaşımda başa vuracağam. "Valensiya"da özümü rahat hiss edirəm. Komanda çempionatda və Avropa Liqasında uğurlu çıxış edir. Bu uğurlarda mənim də payım olsun deyə, həm məşqlərdə, həm də oyunda əlimdən gələni edirəm".
saytlarin hazirlanmasi