AFFA Çixradzeni cəzalandırdı

13:03 - 29 Aprel 2014

Baş məşqçi AZAL-la oyunu tribunadan izləməli olacaq
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, "Qəbələ" - "Simurq" matçının 83-cü dəqiqəsində "Simurq"un baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.

"Qarabağ" - "Neftçi" matçında "Neftçi" və "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.

Xəbər xətti