"Deyə bilmərəm ki, heç bir komanda bunu istəmirdi"

22:18 - 2 May 2014

Getman: "Bu, çempionatın səviyyəsinin artdığını göstərir"
 
Premyer Liqanın 33-cü turund "Simurq" AZAL-la qolsuz heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Simurq"un məşqçisi İqor Getman bunları dilə gətirib:

"Çempionatda hər bir oyun çətindir. Bu, çempionatın səviyyəsinin artdığını göstərir. Hər iki komanda qələbə qazanmaq istəyirdi, təəssüf ki, qol vura bilmədik. Futbolda əsas məqsəd qol vurmaqdır. Deyə bilmərəm ki, heç bir komanda bunu istəmirdi. Sadəcə qol imkanlarından istifadə edə bilmədik. Fürsətdən istifadə edib dostum Tərlan Əhmədovu təyinatı ilə bağlı təbrik edirəm, AZAL-dakı işində uğurlar arzulayıram”.

Xəbər xətti