Davud Kəriminin komandası aşağı liqada mübarizə aparacaq

02:02 - 4 May 2014

Futbolçumuz ehtiyyatda qalıb
 
Davud Kəriminin çıxış etdiyi "Fəthiyəspor" PTT 1-ci liqanı tərk edib.
 
Sportal.az xəbər verir ki, Kütahya təmsilçisi 2-ci liqaya düşüb.

"Fəthiyəspor" PTT 1-ci liqanı bu gün keçirilən son turunun oyununda "Qaziantep BB"ni 2:0 hesabı ilə yenib. Lakin "Boluspor" qələbə qazandığından, Kəriminin komandası 38 xalla 16-cı pilləni tutaraq aşağı liqaya yuvarlanıb.

Qeyd edək ki, "Qaziantep BB" ilə oyunda Davud ehtiyatda qalıb. Bununla da o, PTT 1-ci liqada debüt etməyib. Qapıçımız Türkiyədəki yeganə rəsmi oyununa kubokda çıxıb.

Xəbər xətti