Sportal.az xəbər verir ki, "Barselona"nın idman direktoru Andoni Subisarreta "Celta Viqo"nun baş məşqçisi Luis Enrike ilə gizli görüş keçirib. Növbəti mövsümdən etibarən komandanı məhz 43 yaşlı mütəxəssisin çalışdıracağı bəlli olub.
Ötən gün "L`Equipe"in xəbərində "Atletik"in baş məşqçisi Ernesto Valverdenin "Barselona"nın təklifini rədd etdiyi iddia edilmişdi.
1996-2004-cü illər arasında "Barselona" forması geyən 43 yaşlı məşqçi 2008-2011-ci illərdə "Barselona" B komandasını idarə etmişdi.