"Simurq" çempionları təbrik etdi

00:55 - 9 May 2014

"Qarabağ" və "Araz Naxçıvan"a növbəti məktub
 
 "Simurq" klubu "Qarabağ"ı və "Araz Naxçıvan"ı çempion olması münasibətilə təbrik edib.
 
Sportal.az Zaqatala təmsilçisinin təbrik mesajını təqdim edir.

"Simurq" Peşəkar İdman Klubu Premyer Liqasının 2013-2014-cü il mövsümünün çempionu "Qarabağ" Futbol Klubunu təbrik edir. Ağdam təmsilçisinin rəhbərliyinə, baş məşqçisi Qurban Qurbanova və məşqçilər korpusuna, futbolçularına Çempionlar Liqasında ölkə futbolunu uğurla təmsil etməyi arzulayırıq.

Ümid edirik ki, "Qarabağ"ın adını mötəbər yarışın qrup mərhələsində görəcəyik və onları dəstəkləyəcəyik.  

"Simurq" Peşəkar İdman Klubu I Divizionu çempionluqla tamamlayan "Araz Naxçıvan" Futbol Klubunu da bu nəticə münasibətilə təbrik edir. Onlara növbəti mövsüm Premyer Liqada uğurlar arzulayırıq.    

Təbriklər, "Qarabağ" və "Araz Naxçıvan"!

Xəbər xətti