"Simurq"da "Xəzər Lənkəran"la matçöncəsi 4 problem

13:34 - 12 May 2014

1 zədəli, 3 cəzalı
 
Premyer Liqanın 35-cu turunda "Xəzər Lənkəran"la qarşılaşacaq “Simurq” artıq hazırlıqları tamamlayıb.
 
Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisi qarşısına ciddi itkilərlə çıxacaq komandanın son məşqi isinmə hərəkətləri, qruplara bölünərək "kvadrat" və ikitərəfli oyundan ibarət olub. Bir saatdan artıq davam edən çalışmaların sonunda qapıya zərbələr, cinahlardan asmaların qapanması məşq edilib.

Bu gün 18:00-da start veriləcək qarşılaşmada "Simurq"un heyətindən Anderson Oliveyra zədə səbəbindən, Dilaver Zrnanoviç, Tural Axundov, İlkin Qırtımov cəza səbəbindən forma geyinə bilməyəcək.

Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" görüşü "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti