"Simurq" "Neftçi" ilə matçöncəsi əsas futbolçusunu itirdi

15:49 - 13 May 2014

Polyak bu oyunu buraxmalı olacaq
 
Premyer Liqanın 36-cı turunda "Neftçi"ni qəbul edəcək "Simurq" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Styepan polyak bu oyunu buraxmalı olacaq. Buna səbəb, dünən baş tutan "Xəzər Lənkəran"la matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.

Xəbər xətti