İspaniya çempionatında bədbəxt hadisə: Stadion çökdü

01:32 - 19 May 2014

Qol sevinci bədbəxt hadisələrə səbəb olub
 
Dünən "Osasuna" - "Betis" oyununda bədbəxt hadisə baş verib.

Sportal.az xəbər verir ki, 12-ci dəqiqədə Oriol Riera qol vuraraq "Osasuna"nı hesabda irəli çıxarıb. Ancaq qol sevinci yarımçıq qalıb: qapının arxasındakı tribuna uçub və azarkeşlərin bir neçəsi meydana yıxılıb.

Oyun dayanıb, polis və tibb işçiləri, eləcə də oyunçular əzilən azarkeşlərə yardım ediblər. Azarkeşlərin çoxu stadionu tərk edib.

Hazırda yaralıların sayı və sağlıq durumları barədə dəqiq məlumat yoxdur.

12-ci dəqiqədən saxlanılan oyun müəyyən fasilədən sonra davam etdirilib və "Osasuna" 2:1 hesabı ilə qalib gəlib və La Liqada qalmağı qətiləşdirdi.
 

Xəbər xətti